Makrondan TƏKLİF: Avropa Təhlükəsizlik Şurası yaradaq

5 Mart 2019 12:28

Fransa Prezidenti Emmanuel Makron Avropa Təhlükəsizlik Şurasını yaratmağı təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, E.Makron son iki ildə əhəmiyyətli tərəqqi əldə olunduğunu bildirib: "Lakin müdafiə və təhlükəsizlik haqqında müqavilə bizim NATO və avropalı müttəfiqlərimizlə bağlı zəruri öhdəliklərimizi müəyyən etməlidir".

Fransa Prezidenti bu öhdəliklər sırasında hərbi xərclərin artırılması, qarşılıqlı müdafiə haqqında nizamnamənin qüvvəyə minməsi, Böyük Britaniya daxil olmaqla Avropa Təhlükəsizlik Şurasının yaradılması və digərlərini sadalayıb.

Milli.Az