Nobel mükafatı laueratı vəfat etdi

2 Mart 2019 11:51

Məşhur rus alimi, Nobel mükafatı laueratı, akademik Jores Alfyorov vəfat edib.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, 89 yaşlı alimin ölüm səbəbi hələ açıqlanmayıb.

İlkin məlumatlara görə, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Ötən ilin noyabrında J.Alfyorov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Fizika üzrə Nobel mükafatı laureatı olan J.Alfoyorov mükafatı 2000-ci ildə yarımkeçiricilər texnikasındakı araşdırmalarına görə almışdı.

Milli.Az