Məşhur qanuni oğru Cemo Tbilliski dünyasını dəyişib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, əsl adı Cemal Mikeladze olan 43 yaşlı qanuni oğru İtaliyada vəfat edib. "Kommersant" nəşrinin xəbərinə əsasən, Cemonun ölümünə səbəb narkotik maddə istifadəsi ilə bağlı problemləri olub.
2013-cü ildə Cemo qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham edilərək 3 il müddətinə həbs edilib. İtaliya hökumətinin tələbi ilə 2016-cı ildə İtaliyaya ekstradisiya edilib.
Kriminal avtoritet Cemal Mikeladze məşhur qanuni oğru Arsen Mikeladzenin kiçik oğludur. Uzun müddət Rusiya cinayət aləminin lideri Ded Xasanın tərəfdarı olub.
Milli.Az