Erməni bayrağı yandırıldı - Təbriz stadionundan yeni VİDEO

2 Mart 2019 08:13

İran çempionatında bu gün keçirilən  "Traktor Sazi"- "Sepahan" matçında (2:0)  on minlərlə Azərbaycan türkü "Qarabağ bizimdir, bizim olacaq" şüarı səsləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onlardan bir qrupu hətta, Ermənistanın bayrağını yandırıblar.

İranda yaşayan azərbaycanlılar  Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı "Qarabağ Ermənistanındır" şüarının qaldırılmasına narazılıqlarını bildirmək üçün  bu addımı atıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Erməni bayrağı yandırıldı