Vergiləri ödəmədi, itini müsadirə edib, satdılar - Almaniyada əcaib hadisə

1 Mart 2019 19:54

Almaniyada it ödənilməyən vergilərə görə müsadirə edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BBC bildirib.

Məlumata görə, hadisə Alene şəhərində baş verib. Qeyd edilir ki, məmurlar əvvəlcə ən qiymətli əşya kimi əlil arabasını müsadirə etmək istəyiblər. Ancaq onlar sonradan "Edda" ləqəbli itin üzərində dayanıblar. Məmurlar sonda ödənilməmiş vergilərə görə iti müsadirə ediblər və onu "eBay"da satıblar.

Məmurlardan biri heyvana 750 avro qiymət qoyub.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp sələflərindən fərqli olaraq itlərinin olmaması səbəbini izah edib.

Milli.Az