“Avanqard”a ABŞ-ı vurmaq üçün 15 dəqiqə bəsdir - General

1 Mart 2019 16:57

Rusiya ABŞ-ın dərinliklərindəki hədəfi vurmaq imkanlarına sahib qeyri-nüvə raketlərini inkişaf etdirir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal komandanlığının rəhbəri general Terrens Şonessi danışıb.

Generalın sözlərinə görə, Rusiyanın "Avanqard" tipli raketlərinin ABŞ-a çatması üçün cəmi 15 dəqiqə tələb olunur.

O, həmçinin "Kalibr"lərin çox yüksək dəqiqliklə hədəfi vurduğunu və şimal sərhədləri üçün təhdid olduğunu qeyd edib.

Milli.Az