Mehmet Topal: "Azərbaycanla qarşılaşma "ya tamam, ya davam" oyunu olacaq"
10 Oktyabr 2011 18:29
Türkiyə futbol millisinin "Valensiya"da çıxış edən oyunçusu Mehmet Topal sabah Azərbaycan yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Milli.Az xəbər portalının "Posta" qəzetinə istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu ötən ilin oktyabrını xatırladıb. "Azərbaycanla oynadığımız və uduzduğumuz ilk oyun turnir boyunca həmişə qarşımıza çıxdı. Sabah "ya tamam, ya davam" oyunumuzu keçirəcəyik. Yaxşı oyun keçirib, qalib gəlmək istəyirik. Həm də Belçika millisinin xal itirməsini gözləyəcəyik. İnşallah, hədəfimizə çatarıq".
Türkiyə millisinin baş məşqçisi Quus Hiddink isə, sərt danışıb. Onun sözlərinə görə, Türkiyə millisi Avro-2012-nin final mərhələsinə düşmək üçün Azərbaycan yığmasını məğlub etməlidir. "Azərbaycan kimi bir komanda ilə öz meydanımızda oynayırısa, qalib gəlməliyik. Əgər qalib gələ bilməsək, deməli, finallara layiq deyilik".
Quus Hiddinkin fikrincə, Almaniya millisi seçmə mərhələnin son oyununda Belçika yığmasına xal verməyəcək.
Milli.Az