Siyasi partiyaların, vətəndaş cəmiyyətinin və beynəlxalq ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrin əsas mövzusu "Sərbəst toplaşma haqqında" qanunun icrası ilə bağlı məsələlər, seçki prosesinə qanunsuz müdaxilə də daxil olmaqla, seçki kampaniyasının keçirilməsi məsələsi olub.
"ATƏT-in əsas tövsiyələri sərbəst toplaşma hüququ, seçkilərin yekunlarına təsir göstərmək üçün dövlət resurslarından qərəzli istifadəyə yol verilməməsi, həm yerli, həm də xarici müşahidəçilər üçün şəraitin yaradılması, səslərin hesablanması zamanı bütün beynəlxalq standartlara əməl olunması ilə bağlıdır". Bunu jurnalistlərə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktorunun birinci müavini Duqlas Veyk jurnalistlərə bildirib.
Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov isə deyib ki, seçkilərin qanunvericiliyə uyğun olaraq keçirilməsi üçün bu cür geniş müzakirələrin təşkilinə ehtiyac var.
Müzakirələr zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib ki, təşkilat seçki prosesinin təkmilləşdirilməsində, onun ATƏT qarşısında götürülmüş öhdəliklərə və beynəlxalq standartlara uyğunlaşdırılmasında hökumətə, siyasi partiyalara və vətəndaş cəmiyyətinə yardım göstərməyə hazırdır.