Kim Çen İn də Vyetnama çatdı - Mühüm görüşə saatlar qalıb - FOTO

26 Fevral 2019 10:09

Şimali Koreyanın lideri Kim Çen İn ABŞ prezidenti Donald Trampla ikinci görüşü üçün Vyetnama gedib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Donald Tramp isə görüş üçün Vyetnamın paytaxtı Hanoy şəhərinə yollanıb.

Liderlər Şimali Koreyanın nüvə silahı proqramından imtina etmə vədi ilə bağlı razılığa gəlməyə çalışacaqlar.

Onlar üzbəüz görüşdən sonra tərcüməçilərlə birlikdə nahar edəcəklər.

Qeyd edək ki, onların birinci görüşü 8 ay əvvəl Sinqapurda baş tutub.

Milli.Az fotoları təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az