Sensasiyalı açıqlama: Marsda həyat varmış - FOTO

26 Fevral 2019 14:15

Marsda milyon illər öncə həyat olub. Çaylar axıb, meşələr mövcud olub.

Avropa Kosmik Agentliyinin (European Space Agency, ESA) alimləri belə deyirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onlar "Mars Express Satellite" vasitəsilə əldə olunmuş görüntülərə əsaslanırlar.

"Qırmızı planet"in səthinədə milyonlarla il əvvəl həyat olub, çaylar axıb, okeanlarda dağlalar sahilə çırpılıb.

Avropalı alimlərin fikrincə, əvvəllər Mars planetində hava isti və rütubətli olub. Onlar su izlərini aşkarladıqlarını inamla deyirlər.

Marsda əvvəllər həyat olub-olmadığını dəqiqləşdirmək üçün ESA "Qırmızı planet"ə xüsusi missiya yollamağa hazırlaşır.

Milli.Az