Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Fidan Babayevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Milli.Az "ölkə.az"a istinadən bildirir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fidan Babayevaya şərti cəza verilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 37 yaşlı Fidan Babayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Məlum olub ki, o, 2006-2008-ci illərdə bir neçə qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyub. Türkiyədən qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət ediblər
Şikayət əsasında 2009-cu ildən F.Babayevanın barəsində "İnterpol" vasitəsilə axtarış elan edilib və o saxlanılıb. Barəsində həbs qətimkan tədbiri seçilməyib.
Milli.Az