Məşhur aktyor "Oskara" don geyinib qatıldı - FOTO

25 Fevral 2019 11:25

Məşhur amerikalı aktyor, Hollivud ulduzu Billi Porter Los-Anceles şəhərində keçirilmiş 91-ci "Oskar" mərasiminə qatılanlar arasında idi.

Milli.Az The Hollywood Reporter-a istinadən bildirir ki, homoseksual aktyor mərasimə "əri" Adam Porter-Smitlə qatılmışdı.

Qara məxmər donun müəllifi Kristian Sirianodur.

Fevralın əvvəlində Porter Amerika İncəsənəti İnstitutunun keçirdiyi mərasimlərdən birinə "Calvin Klein"in məhsulu olan donda qatılmışdı.

Billi Porter "genderflüid" stilin təbliğatçısı kimi tanınır. Bu stildə qadın və kişi geyimlərinin elementlərindən istifadə olunur.

Milli.Az