Avtomobil piyadanı vurub

24 Fevral 2019 23:00

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Pirvediyev Məmməd Çingiz oğlunu "VAZ-2107" markalı avtomobil vurub. Yaralı elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az