Bakı polisindən 5 əcnəbiyə cəza
8 Aprel 2010 14:17
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, saxlanılanların hamısı Banqladeş vətəndaşlarıdır.
Onlar Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşları tərəfindən müvafiq qeydiyyatı və icazəsi olmadan Azərbaycan ərazisində yaşadıqlarına görə saxlanılıb.
Əcnəbilərin barələrində İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən tədbir görülüb.
Milli.Az