BƏƏ-də vətəndaşların 100 milyon dollar borcu silinəcək

24 Fevral 2019 11:10

Birləşmiş Ərəb Əmirlikləri 13 bankla ölkə vətəndaşlarının 361 milyon dirhəm (98 milyon dollardan çox-red.) borcunun silinməsi ilə bağlı razılığa gəlib. 

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu addımın məqsədi bütün ölkə vətəndaşlarının layiqli yaşayış səviyyəsini təmin etmək, habelə sosial sabitliyi maksimal səviyyədə saxlamaqdır. 

Qeyd edək ki, 2017-ci ilədək BƏƏ-də borcların ödənilməməsi cinayət sayılırdı. Sonra bu sahədə yumşalma olub. İndi borcları ödəməyən vətəndaşlara cərimə kəsilir.

Milli.Az