Yardımlıda itlərini dalaşdıranlar özləri əlbəyaxa oldular - VİDEO - FOTO

23 Fevral 2019 23:49

Yardımlıda Şovud və Ləzran kəndləri arasındakı Abudərə adlı ərazidə bir qrup şəxs arasında kütləvi dava baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, itləri döyüşdürmək üçün bir araya gələn rayon sakinləri arasında bir müddət sonra münaqişə baş verib. Münaqişə zamanı üç nəfər bıçaqlanıb. Onlardan ikisi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, biri isə Yardımlı xəstəxanasına aparılıb. Lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Ölən Yardımlının Ləzran kənd sakini Bəhruz adlı şəxsdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Gəldim ki, qardaşım yerdə çabalayır" - İt döyüşü davaya çevrildi, ölən və yaralanan var