Bakıda oğru qadınlar həbs edildi
8 Aprel 2010 14:14
Rayon Polis idarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, cinayət hadisəsi Laçın Ticarət Mərkəzində törədilib. Naməlum şəxslər Abşeron rayon sakini Turac Əsgərovanın çantasından 320 manat pul, mobil telefon və sənədlər oğurlayıb.
Keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törədən Sumqayıt şəhər sakinləri Sevda Nuriyeva və Lilya Palubinskaya tutulublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az