Messi diqqət mərkəzində - 200 min avro bağışladı

23 Fevral 2019 13:29

"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messi Keniyaya kömək üçün başladılan kampaniyaya dəstək olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, futbolçu UNİCEF-in Keniyada su və ərzaq tədarükü üçün başlatdığı kampaniyaya 200 min avro bağışlayaraq, dəstək olub.

Kampaniya nəticəsində, uşaqlar da daxil olmaqla, 2 mindən artıq insanın evində və məktəblərdə su problemi həll olunacaq.

Bundan başqa, layihə sayəsində 4 min insanın qida probleminin həll olunacağı bildirilir.

Keniyada hazırda 58 min insan su və qida azlığından əziyyət çəkir.

Milli.Az