Yaponiyanın şimalında zəlzələ nəticəsində xəsarət alanlar olub

22 Fevral 2019 08:40

Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında baş verən zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.

Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində yaralananların xəsarətlərinin ciddi olmadığı deyilir.

Bildirilir ki, hazırda azı 74 evə su təchizatı dayandırılıb. Regionda dəmiryolu əlaqəsinin bir hissəsi fəaliyyət göstərmir.

Qeyd edək ki, ötən gün Yaponiyanın şimalında 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episetnri Hokkaydo adasının cənub-qərbində, ocağı isə 30 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar 4 prefekturada hiss edilib.

Milli.Az