35-ci Çin Antarktika Ekspedisiyasının üzvləri bu günlərdə "Çjunşan" qütb stansiyasında flüoressein-natriumlu Dopler lidarlarının ölçü sistemlərinin quraşdırılmasını və testləşdirilməsini başa çatdırıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qurğunun sayəsində ilk dəfə paralel şəkildə Cənub qütbü üzərindəki atmosfer mezopauzasının üst qatındakı temperaturu və üçölçülü külək sahəsini ölçmək mümkün olacaq. Bununla da, bu cür müşahidələr zamanı baş verən qüsurlar aradan qaldırılacaq.
Milli.Az