"Muğanbank" ASC-nin yeni "Ticarət" filialı fəaliyyətə başladı

21 Fevral 2019 16:16

Muğanbank müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək  məqsədilə filial şəbəkəsini genişləndirərək, Xırdalan şəhərində yeni "Ticarət" filialını açdı. Filial fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edir. 

Muğanbankın yeni filialı  Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesində (Bizim Ev mebel şəhərciyinin girişində) yerləşir. "Ticarət" filialı həftənin beş günü (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi müştəriləri qəbul edir. 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.