Azərbaycanlı Rusiyada 48 kilo zəli ilə saxlanıldı...

8 Aprel 2010 13:33
Rusiyanın Saratov vilayətində Azərbaycan vətəndaşından 48 kiloqram zəli götürülüb. "Vzqlyad-info" xəbər verir ki, 33 yaşlı azərbaycanlı saxlanılıb və onun 2 çantasına baxış zamanı orada hərəsində 3 kiloqram zəli olan 16 kisə tapılıb. İstintaq zəlilərin Rusiyaya qaçaqmal yolu ilə gətirildiyini düşünür.

Hələlik azərbaycanlıya qarşı cinayət işi açılmayıb, araşdırma aparılır.

Milli.Az