Şok kadrlar: şərhçi az qalmışdı ki, ölsün - VİDEO - FOTO

20 Fevral 2019 15:15

ABŞ və Kanadanın hokkey klublarını birləşdirən Milli Hokkey Liqasının (NHL) ötən turunda "Tampa Bey Laytninq" və "Kolumbus Blyu Cakets" klubları arasındakı matçda qorxulu insident yaşanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Ohayo ştatındakı Kolumbus şəhərində oynanan matçda NHL-in veteran şərçilərindən biri, 57 yaşlı Pyer MakQuayr təsadüf nəticəsində ölümdən qurtulub. Arenada hokkeyçilərdən birinin zərbəsindən sonra qalxan şayba ildırım sürəti ilə şərhçinin başından cəmi bir neçə santimetr aralı keçib.

Ehtiyat oyunçular skamyasında oturmuş şərhçi təhlükəsizlik qaydalarını pozmuşdu. Onun başında kaska yoxdu.

Uçan şayba operatorun kamerasını sındırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şərhçi ən son anda şaybadan qurtuldu