Şeyma qızı ilə bağlı qərarını dəyişdi

20 Fevral 2019 09:34

Məlum olduğu kimi Acun Ilıcalı və Şeyma Subaşı boşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ikilinin qızı Melisa məhkəmə qərarı ilə atasına verilib.

İddialara görə, Şeyma tez-tez səyahətə getdiyi üçün qızının Acunda qalmasını istəyib.

Subaşı qızı ilə bağlı qərarlarını da dəyişib. Belə ki, əvvəl Melisanın məktəbə getməsini istəməyən Şeyma artıq qızının məktəbə gedəcəyini bildirib.

Qeyd edək ki, bir neçə gündür atası ilə Dominikanda olan Melisa hazırda anasının yanındadır.

Milli.Az