Eyni vaxtda doğulan 7 uşağın hamısı vəfat etdi

19 Fevral 2019 19:21

İraqın Diyala əyalətində eyni vaxtda dünyaya gələn 7 uşağın hamısı vəfat edib.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 25 yaşlı qadının dünyaya gətirdiyi 6 qız və 1 oğlan uşağı bir neçə gün yaşaya bilib.

Əkizlərin ölüm səbəbi məlum deyil. Əl-Battul xəstəxanasından verilən məlumata görə, uşaqlar çox zəif olublar. Halbuki, daha əvvəl əkizlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilmişdi.

Milli.Az