3 dil bilən azərbaycanlı aktrisa dünyaca məşhur seriala çəkiləcək

19 Fevral 2019 16:19

Sonuncu dəfə "Bizim hikaye" serialında rol alan azərbaycanlı aktrisa Nesrin Cavadzade ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Cavadzadə özünü inkişaf etdirdiyini söyləyib.

O bildirib ki, xarici dil bilgisini artırır. Belə ki, rusca, azərbaycanca, ispanca və ingiliscə bilən sənətçi yapon və ərəb dillərini də öyrənəcək.

Qeyd edək ki, Nesrin Cavadzadənin dünyaca məşhur "La casa de papel" serialın da rol alacağı bildirilir.

Milli.Az