Nyu Yorkun Tayms meydanında İkinci Dünya müharibəsinin bitməyini və Yaponiya üzərindəki qələbəni qeyd edərkən 21 yaşlı qızı öpən fotosu ilə məşhurlaşan dənizçi vəfat edib.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, George Mendonsa adlı məşhur matros 95 yaşında dünyasını dəyişib.
Bu barədə məlumatı onun qızı Şaron Molleur verib. O bildirib ki, iflic olan atası ABŞ-ın Rod-Aylend ştatındakı xəstəxanada ölüb.
Qeyd edək ki, məşhur foto 1945-ci ilin avqust ayının 14-də "Life magazine" jurnalının fotoqrafı Alfred Eisenstadt tərəfindən çəkilib. Fotodakı Greta Zimmer Friedman adlı qızın açıqlamasına görə onun 1960-cı ilə qədər fotodan xəbəri olmayıb. O, uzun müddət diş həkimi köməkçisi işləyib.
Bəxtiyar Umarlı
Milli.Az