11-ci sinif şagirdi özünü öldürdü

8 Aprel 2010 12:43
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 17 yaşlı Pirili kənd sakini Vasif Mütəllimov özünü asıb.

Mərhumun meyiti aprelin 7-də yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Mərhumun orta məktəbin 11-ci sinifində oxuduğu bildirilir.  
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinauyət işi başlanıb.

Anar Məmmədov
Milli.Az