"Tourism Students Meetup" layihəsi Azərbaycanda iri həcmdə keçiriləcək - İştirak PULSUZdur

18 Fevral 2019 18:04

Turizm sahəsində ixtisaslaşan tələbələr üçün keçiriləcək "Tourism Students Meetup" layihəsi Azərbaycanda iri həcmdə keçiriləcək ilk və tək platformadır.

Milli.Az xəbər verir ki, bu platforma turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradacaq, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrinə qulaq asacaq, müzakirə edəcək, açıq qalan suallarını verə biləcəyi bir platforma olacaqdır.

"Tourism Students Meetup" layihəsi 400 nəfər turizm ixtisaslı tələbənin iştirakı ilə 23 Fevral, 12:30 tarixində Caspian Business Otelində keçiriləcəkdir.

"Tourism Students Meetup"da iştirak PULSUZdur, qeydiyyat mütləqdir.

Qeyd 1: Yalnız turizm ixtisası istiqamətində oxuyan tələbələr iştirak edə bilər.

Qeyd 2: Gələrkən şəxsiyyət vəsiqənizi və tələbə biletinizi gətirməyi unutmayın, əks halda zala buraxılmayacaqsınız.

Daha ətraflı: https://www.tourismstudentsmeetup.com/

Tələsin, qeydiyyatda yalnız 400 nəfər iştirak edə bilər. 

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az