Gürcüstanda yeni dövlət qurumu yaradılacaq

18 Fevral 2019 15:58

Gürcüstanda Uşaqlar və Gənclər Milli Agentliyi yaradılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qanun layihəsi hazırlayıb.

Agentliyin yaradılmasında əsas məqsəd hökumət və gənclər arasında kommunikasiyanın intensivləşdirilməsi, uşaq və gənclərin ictimai həyata cəlb olunmasına dövlət dəstəyinin artırılması, onların özlərinin reallaşdırılmasını təşviq etmək və hüquqlarının müdafiəsidir.

Yeni dövlət qurumu ictimai hüquqlu hüquqi şəxs olacaq və hökumətin nəzdində fəaliyyət göstərəcək. 

Milli.Az