ABŞ-dan Bəşər Əsədə ciddi mesaj

17 Fevral 2019 19:18

ABŞ Bəşər Əsəd hökumətinin Suriyanın şimal-şərq hissəsinə nəzarəti bərpa etməsinin əleyhinədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə bir bəyanatla Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri çıxış edib.

"Şimal-şərqdəki məqsədlərimiz dəyişməyib. Onlar bölgədə təhlükəsizliyin qorunub saxlanmasını nəzərdə tutur. Konkret olaraq bu o deməkdir ki, biz Əsəd rejiminin ora qayıtmasını istəmirik. Çünki bu rejim sabitliyə xidmət etmir", - deyə o vurğulayıb.

Milli.Az