Stiv Cobsun gizli mirası var

8 Oktyabr 2011 14:20
Milli.Az xəbər portalı "Gizmodo"ya istinadən bildirir ki, Cobs korporasiyanın texnoloji tədqiqatlar departamentinə yeni "iPod", "iPhone" və "Macbok" əlavələri ilə yanaşı, xeyli sayda patent qoyub gedib.

Ölümcül xəstə olduğunu bilsə də, son ildə gərgin çalışan və ondan sonra "Apple"in sürəkli inkişafdan qalmaması üçün potensial innovasiyalar üzərində çalışmış Cobsun mirası arasında "Apple" televiziyası da var.

Bundan başqa, Cobs ölümündən əvvəl "iColud" layihəsinin əsasını qoyub, korporasiyanın 12 min əməkdaşının işləməsi üçün kosmik gəmiyə bənzər yeni ofis binasının layihəsini təsdiqləyib.

Ekspertlərin fikrincə, Stiv Cobsun dünyasını dəyişməsinə rəğmən, "Apple" məhsularının populyarlığı və nüfuzu sarsılan deyil.

Milli.Az