Super Mario Bros heç vaxt açılmamış gelatin versiyası 100 min dollar satılaraq ən bahalı oyuna çevrildi.
Kolleksiya təşkil edən məhsulların ən vacib özəlliyi məhsulun ilk gündəki kimi, yəni olduğu kimi qalmasıdır. Super Mario Bros kimi bir NES əfsanəsinə sahibsinizsə və hələ də açılmayıbsa demək ki, milyonçusunuz.
Milli.Az chip.az-a istinadən bildirir ki, 100.150 dollar alıcısı olan bu oyun ötən illərdə də hərraca çıxarılmışdı. Beləki, 2017-ci ildə eyni oyun əvvəlki sahibi tərəfindən 30 min dollara satın alınmışdı.
Məhsul keçən bu qısa müddət ərzində kifayət qədər qiymət artırmağı bacardı. Məhsulu satan Deniz Khan öncədən altı rəqəmli bir qiymət olmasa məhsulu satmayacağını bildirmişdi.
Super Mario Bros-un orijinal surəti artıq bazarda bir çox kolleksiyaçının əlindədir. Lakin, heç açılmamış və yalnız bir nüsxəyə sahib bu məhsul heç vaxt açılmayacaq və paket içindəki Mario Bros oynanılmayacaq.
Milli.Az