"Yuventus"dan böyükhesablı qələbə

16 Fevral 2019 07:05

İtaliya A seriyasında 24-cü tur başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, lider "Yuventus" "Frosinone"ni qəbul edib. Matç Turin klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Yuventus" - "Frosinone" -3:0
Qollar: Dibala,6, Bonuççi, 17, Ronaldu,63

Bu qələbə  ilə xalını 66-a  yüksəldən Massimiliano Alleqrinin  komandası ilk pillədəki yerini  möhkəmlədib.  "Napoli" 52 xalla 2-ci,  "İnter" 43 xalla 3-cüdür.

Milli.Az