Dünyanın bir nömrəsi karyerasını bitirdi
8 Oktyabr 2011 10:47
Dünyanın sabiq 1 nömrəli tennisçisi Dinara Safina idmançı karyerasını başa vurmağı qərara alıb. Qol.Az-ın məlumatına görə, bu barədə Dinaranın məşhur tennisçi qardaşı Marat Safin "R-Sport"a açıqlama verib.
Safina sonuncu dəfə mayda İspaniyanın Marbelye şəhərindəki turnirə qatılıb. O, turnirin 1/4 finalında çiynində ağrılar hiss etdiyi üçün mübarizəni davam etdirməyib. 25 yaşlı tennisçi 2011-ci ildə bundan başqa yarışda iştirak etməyib. Bu həftənin əvvəlində Safina alman klinikalarının birində müayinədən keçib.
Qardaşının sözlərinə görə, Dinaranın səhhətində ciddi problem yoxdur, amma idmanla məşğul ola bilməz. Çiynindəki xroniki zədə üzündən Maratın bacısı karyerasını başa vurmalı olub. Ona şərhçilik təklif etsələr də, əmək haqqının aşağı məbləğdə olduğunu bildirərək razılıq verməyib.
Qeyd edək ki, Dinara Safina 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının, eləcə də "Böyük dəbilqə" seriyalı turnirlərin üçqat finalçısıdır. O, Qadın Tennisçilər Assosiasiyasının (WTA) turnirlərində 12 dəfə qalib adını qazanıb. Safina 2009-cu il aprelin 20-də açıqlanmış WTA reytinqində 1-ci olub.
Milli.Az