Oğlunu keçmiş arvadından ala bilmədi

14 Fevral 2019 14:26

Türkiyəli məşhur futbolçu Caner Erkin bir neçə il öncə həyat yoldaşı Asena Erkindən boşanmışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, daha sonra məhkəməyə müraciət edib oğlunun qəyyumluğunu almaq istəyib.

Bu gün İstanbul Ailə Məhkəməsində məsələ ilə bağlı qərar verilib. Məhkəmə Canerin istəyini rədd edərək, uşağın Asenada qalmasına qərar verib.

Milli.Az