Bakıda avtobus "Toyota" ilə toqquşdu, sürücü yaralandı

14 Fevral 2019 13:08

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib. "Toyota" markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib.

Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib.

Hadisənin dəqiq başvermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.

Milli.Az