Azərbaycanda özəl qida laboratoriyaları yaradıla bilər

14 Fevral 2019 12:03

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özəl biznesə qida məhsullarının ekspertizasını həyata keçirməyi təklif edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Qida təhlükəsizliyi haqqında" qanunun ictimai müzakirələri zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, bu proses təkcə dövlətin və agentliyin səlahiyyətində olmamalıdır:

"Biz sahibkarlıq subyektlərinə müraciət etmişik və onlara özəl qida laboratoriyaları yaratmağı təklif etmişik. Bu laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir. Biz agentlik olaraq onların laborator rəylərini tanıyacağıq".

Milli.Az