Türkiyəli musiqiçi reanimasiyaya yerləşdirildi

14 Fevral 2019 12:46

Türkiyəli musiqiçi Metin Kaya reanimasiyaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Onur Akay məlumat verib:

"Musiqiçi Metin Kaya uzun müddətdir xərçəngə görə müalicə olunurdu. Ötən il vəziyyəti yaxşılaşmışdı. Amma bu gün xəstəxanaya aparılıb. Halı pisdir. Dualarınıza ehtiyacı var".

Qeyd edək ki, M.Kayanın 58 yaşı var.

Milli.Az