Yerli məşhurlar Nadirin ad gününə yığışdılar - FOTO

14 Fevral 2019 10:57

Müğənni Nadir Qafarzadənin ad günü olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi 48 yaşını qeyd edib.

Qafarzadə özəl günü münasibətilə şəhər restoranlarından birində təmtəraqlı məclis keçirib. Qonaqlığa şou-biznesin tanınmış simaları da qatılıblar.

Gecədən fotolar və videolar qonaqlar tərəfindən sosial şəbəkədə paylaşılıb.

Milli.Az