“İllər öncə mən də bu günü “rayonda” qeyd edərdim"

14 Fevral 2019 10:53

Aparıcı İlkin Həsəni həyat yoldaşı Aysellə yeni fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, sevgililər günü münasibətilə paylaşdığı fotoya "İllər öncə mən də bu günü "rayonda", "nənə-baba yasında", "xəstəxanada" qeyd edərdim. Sonra bu xanım çıxdı qarşıma" şərhini yazıb.

Onun bu paylaşımı qısa zamanda yüzlərlə "like" toplayıb.

Qeyd edək ki, Aysel və İlkin cütlüyü 2017-ci ildə ailə qurub, ötən il isə onların Alisa adlı qızı dünyaya gəlib.

Milli.Az