Tanınmış reper iki dostunu öldürdü - FOTO

14 Fevral 2019 09:54

Son zamanlar Kanye Uest ilə işbirliyi edən reper iki dostunun ölümündə günahlandırılır.

Milli.Az nypost-a istinadla xəbər verir ki, YNW Melly adı ilə tanınan reper ötən gün saxlanılıb.

Əsl adı Jamell Demons olan reper 2018-ci ilin oktyabr ayının 26-da törədilən cinayətdə şübhəli bilinib.

South Florida Sun Sentinel-in məlumatına görə, iki dostunu qətlə yetirən reper cinayətlə bağlı izləri uzun müddət itirə bilib.

19 yaşlı reper 21 yaşlı Antoni Uilyams və 19 yaşlı Xristofer Toması öldürdükdən sonra cinayət törədilən yeri avtomobil qəzası kimi səhnələşdirib.

Emin
Milli.Az