Gökçenin Tarkan xəyalı

14 Fevral 2019 10:07

Aktyor Engin Akyürek ilə Bergüzar Korelin baş rolda oynadıqları "Bir aşk, iki hayat" filminin təqdimetmə mərasimi keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tədbirdə bir sıra tanınmış simalar, o cümlədən aktrisa Gökçe Bahadır da olub.

Son vaxtlar ifaçılığa da başlamış Gökçe martda konsert verməyi planlayır. O, ən böyük arzusundan danışıb. Bahadır bildirib ki, nə vaxtsa Tarkanla duet oxumaq onun ən böyük arzusudur.

Milli.Az