Metroda yenə gərginlik, interval 8 dəqiqəyə çatıb - SƏBƏB

14 Fevral 2019 09:26

Bakıda metroda qatarda yenə problem yaranıb.

Qatarların intervalının 8 dəqiqəyə çatması nəticəsində stansiyalarda böyük sıxlıq yaranıb.

Milli.Az xəbər verir ki, Trend-ə açıqlamama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, problem metronun "İçəri şəhər" stansiyasında yaranıb:

"Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub. Nasazlıq yaranan qatar "Depo"ya göndərilib. Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkətlərini davam etdirir".

Milli.Az