"Thai Airways"in təyyarəsi Londona təcili eniş edib - VİDEO

14 Fevral 2019 08:28

Taylandın "Thai Airways International" aviaşirkətinin London-Banqkok aviareysini yerinə yetirən "Boeing-777-300" tipli təyyarəsi uçuşdan bir saat sonra Hitrou hava limanına geri qayıdıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə cümə axşamı "Airlive" portalı öz "Twitter" səhifəsində mlumat yayıb.

Təyyarənin planlaşdırılmamış məcburi eniş etməsinin səbəbi hələ məlum deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: