Ər-Riyada 22 milyard dollar yatırilacaq

14 Fevral 2019 07:15

Səudiyyə Ərəbistanı kralı çərşənbə günü Ər-Riyadın inkişafı üçün nəzərdə tutulmuş 82 milyard rial (təxminən 22 milyard dollar) dəyərində layihəyə start verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Səudiyyənin SPA agentliyi məlumat yayıb.

Məlumatda bu vəsaitə hansı layihələrin həyata keçirilməsinin planlaşdırıldığı açıqlanmır.

Daha əvvəl Səudiyyə Ərəbistanının Fələstinin büdcəsinə 60 mln. dollar köçürdüyü məlum olub.

Milli.Az