Gürcü məmur Norveçdə oğurluğa görə tutuldu

14 Fevral 2019 08:43

Norveçdə üç nəfər Gürcüstan vətəndaşı oğurluğa görə saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Bildirilir ki, saxlanılanlar arasında Tbilisi meriyasının işçisi də var. Həmin şəxs Tbilisinin ən böyük rayonlarından birində - İsani rayonunda abadlıq işlərinə nəzarət edən strukturun rəhbəridir.

Digərləri isə vaxtilə Dövlət Audit Xidmətində çalışmış şəxs, hakim partiyanı parlamentdə təmsil edən deputatın yaxın qohumu və onun dostudur.

Milli.Az