ÇL-dəilk dəfə "VAR"dan istifadə edilib

14 Fevral 2019 08:13

UEFA Çempionlar Liqasının tarixində ilk dəfə hakimlərə videokömək sistemindən ("VAR") istifadə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "VAR" Çempionlar Liqasının 1/8 final mərhələsinin "Ayaks" (Niderland) - "Real Madrid" (İspaniya) matçında istiafdə edilib.

Sloveniyalı hakim Damir Skomina "Ayaks"ın müdafiəçisi Nikolas Talyafikonun 38-ci dəqiqədə "Real Madrid"in qapısına vurduğu qoldan sonra "VAR" sisteminə müraciət edib. Nəticədə qol qeydə alınmayıb.

Qeyd edək ki, oyun "Rela Madrdi"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az