İki avtomobilin arasında qalaraq öldü

13 Fevral 2019 23:51

Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, fevralın 12-də saat 9 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini M.İsmayılov idarə etdiyi "KamAZ" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Məmmədlinin idarə etdiyi "UAZ" markalı avtomobilə vurub. Bu zaman Gəncə şəhər sakini T.Allahverdiyev hər iki nəqliyyat vasitəsinin arasında qalaraq ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az