33 ev quşunu oğurlayanlar saxlanılıblar

13 Fevral 2019 23:18

Goranboyda 33 ev quşunu oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən fevralın 9-da rayon ərazisindəki həyətyanı sahələrin birindən 11 ev quşu oğurlamaqda şübhəli bilinən Səmədabad kənd sakinləri A.Xəlilov, E.Əsədov və R.Hüseynov saxlanılıblar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 6-na keçən gecə Səmədabad kəndindəki daha bir həyətdən 22 ev quşunu oğurlamaları da müəyyən edilib.

Milli.Az